Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq konqresə dəvət alıb
30.12.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov mayın 17-dən 27-dək Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu nüfuzlu tədbir ASSİTEJ-Azərbaycan Milli Mərkəzi tərəfindən həyata keçirilən layihələr üçün əhəmiyyətli olacaq.

Bundan əlavə, beynəlxalq tədbir digər qurum rəhbərləri ilə yaxından tanış olmaq, əməkdaşlıq və yaradıcılıq mübadiləsi baxımından da əlverişli imkanlar yaradacaq.

Dünyanın ən nüfuzlu teatr rəhbərlərinin iştirak edəcəyi tədbir yeni yaradıcılıq axtarışları, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, ortaq layihələrin hazırlanması istiqamətində mühüm rol oynayacaq.

azertag.az