Azərbaycan Dövlət Musiqili Teatrı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın kollektivi festivalda iştirak etmək üçün yanvarın 13-dən 18-dək Təbriz şəhərinə səfər edəcək.
Festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.
Rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edirlər.
report.az