Qoç - Çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz. Hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, bununla vurnuxma, gərəksiz qayğılar yaradırsınız. Daha təcrübəli insanların məsləhətlərini dinləyin.
Maliyyə və əmlak məsələlərilə bağlı vacib qərarlar vermək məsləhət deyil. Ailə problemləri çox diqqət tələb edəcək. Təsadüfi tanışlıq sizdə güclü hisslər oyadacaq. Amma bunun əsl münasibətlərə çevrilməsi şübhə doğurur.
Buğa - İşgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür. İnsanları sizin üçün faydalı olan əməllərə asanlıqla yönəldirsiniz. Uzunmüddətli əməkdaşlıq barədə müqavilələr imzalaya bilərsiniz. Vacib işgüzar və şəxsi məsələlərin müzakirəsi məhsuldar keçəcək.
İri məbləğdə pul xərcləyə bilərsiniz. İncəsənət və şou-biznes sahəsinə aid insanlarla ünsiyyət xoş keçəcək. Enerjiniz çoxdur, idmanla məşğul olmaq faydalıdır. Sağlamlaşdırıcı prosedurlar səmərəli olacaq.
Əkizlər - Strateji məsələlərin həlli və uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir, bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur. Axşamadək kefiniz yaxşı olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz. Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür. Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.
Xərçəng - Bu gün inanılmaz addımlar atmağa qadirsiniz. Nə stereotiplər, nə adət-ənənələr, nə də ətrafınızdakıların xahiş-minnəti sizi fikirləşdiyinizi etməkdən döndərəcək. Həyatınız kökündən dəyişəcək, bu sizi sevindirəcək. Bu gün işiniz çox olacaq. Mükafatı tezliklə alacağınızı gözləməyin.
Dövlət orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasib gündür. Şəxsi biznesinizi açmaq barədə məsələləri yoluna qoya biləcəksiniz. İstənilən görüş yaxşı keçəcək.
Şir - Ehtiyatlı olmasanız da, uğurlarınız çoxdur. Ciddi problemlərdən yan keçəcəksiniz. Ancaq bir qədər diqqətli olmağınız məsləhətlidir. Yerinə yetirə bilməyəcəyiniz vədlər verə, yaxud əl-ayağınızı bağlayacaq müqavilə bağlaya bilərsiniz.
Bir çox Şirlər bu gün gələcək üçün işləyirlər. Özü də bu, həyatın bütün sahələrinə aiddir. Odur ki, zəhmətinizin bəhrəsini tezliklə dadacağınıza həvəslənməyin. Köhnə tanışlarla görüşlər, qırılmış əlaqələrin bərpası üçün münasib gündür.
Qız - Hansısa cəsarətli bir ideyanızı həyata keçirməyin əsl vaxtıdır. Sizi kimsə dəstəkləmir? Dərd eləməyin. İstənilən problemi təkbaşına həll edə bilərsiniz. Yaradıcı potensialınız yüksəkdir, ancaq fantaziyanızın qanadlarında uzağa uçmur, real problemləri həll etməyə çalışırsınız.
Şəxsi xarakterli istənilən maneəni dəf etmək, sizin üçün dəyərli olan insanla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Günün ikinci yarısı çoxsaylı görüşlər və romantik tanışlıqlar gözləyin.
Tərəzi - Düşünülməmiş hərəkətlər etməyə meyllisiniz. Bu sizə lazımdırmı? Düşünsəniz, pis olmaz. Nəzakətli davrananları, vaxtında kölgəyə çəkilməyi, yeri gələndə manipulyasiyalara keçməyi bacaranları uğur gözləyir.
Açıq söhbətləri yalnız etibar etdiyiniz adamlarla aparın. Uzunmüddətli planlarınız, xüsusilə şəxsi həyatınız, nikaha girmək və bu kimi niyyətləriniz barədə kimsəyə bir söz deməyin. Axşam çoxdankı arzunuz gerçəkləşə bilər.
Əqrəb - Qeyri-adi, inanılmaz bir iş görmək niyyətiniz var? Heç olmazsa, bunun təhlükəsizliyini təmin edin. Risk etmək, taleyinizi ələ salmaq məsləhət deyil. Rəhbərliklə münasibətlərdə diqqətli olun: sözü üzə çırpmağınız bir çox münaqişələrin əsasını qoya bilər. Həmçinin, əgər əlinizdə tutarlı səbəb varsa belə, həmkarlarınızı tənqid etməkdən çəkinin.
Ailə üzvləri ilə ünsiyyət, dost və romantik münasibətlərinin möhkəmlədilməsi üçün münasib gündür. Maliyyə və əmlakla bağlı uzun sürən fikir ayrılıqlarına son qoya bilərsiniz. Köhnə problemlərin yeni həlli çox uğurlu olacaq.
Oxatan - Uğur əldə edə biləcəksiniz, amma bunun üçün zəhmət çəkməli olacaqsınız. Təcili nəticələr gözləməyin. Əgər istədiyinizi dərhal əldə edə bilmirsinizsə, ruhdan düşməyə dəyməz. Xoşbəxtlikdən, ilk dəfədən təslim olmaq fikriniz yoxdur, bunun üçün kifayət qədər qətiyyətlisiniz. Təşkilatçılıq və intizam da yardımçınız olar.
Yaxınlarınızla dil tapmaq asan deyil: açıq söhbətlərə vaxt ayırmağa heyfiniz gəlməsin. Köhnə dostlarınıza güvənə bilərsiniz.
Oğlaq - İşiniz çox olacaq. Bunların öhdəsindən gəlmək üçün gücünüz də, vaxtınız da yetər. Üstəlik, başqalarına da kömək edə biləcək, ictimai-faydalı bir layihədə iştirak imkanı qazanacaqsınız. Bir çox Oğlaqlar onlar üçün tamamilə yeni sahədə uğur qazanacaqlar.
Dostlarınızla ünsiyyət üçün əla gündür. Onların sayəsində əhvalınız gün boyu gözəl olacaq. Qəfil sevgi etirafı və ya çoxdan bəri hisslərinizi məşğul edən insanla görüş mümkündür.
Dolça - Bu günü son vaxtlar həyatınızı çətinləşdirən mürəkkəb məsələlərin həllinə həsr etməyiniz pis olmazdı. Bu gün bir çox hadisələrə başqa rakursdan yanaşaraq düzgün qiymətləndirə biləcəksiniz. Prioritetlər dəyişir, ətrafdakılarla münasibətlər dəqiqləşdirilir. Dolçalar həyatlarını asanlaşdırmaqla məşğuldurlar.
Təhsilə diqqət yetirin, dünyagörüşünüzü genişləndirməyə çalışın. Bunu etmək bir az çətindir, hansısa bir sferada «ilişib qalmaq» sizə asan deyil, ora-bura vurnuxursunuz. Ardıcıl olmağa çalışın, bu həm gücünüzü, həm vaxtınızı qoruyar.
Balıqlar - Daim ünsiyyətdə olmağı, yeni insanlarla görüşməyi tələb edən peşə sahibləri üçün çox uğurlu gündür. Davranışınıza söz yoxdur, iş qurduğunuz hər kəsə silinməz təəssüratlar bağışlayırsınız. Zövqünüz və incə yumor hissiniz də diqqətdən kənarda qalmayacaq.
Yaxınlarınızın problemlərinin həlli vaxtınızı alacaq. Maliyyə və əmlak məsələlərində qətiyyətli olun. Pullarla risk etmək, gəlirliliyinə şübhə etdiyiniz sövdələr bağlamaq məsləhət deyil.
Milli.AZ