Özbəkistanda tanınmış soydaşlarımızın adları əbədiləşdirilir
5.1.2017

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda tanınmış soydaşlarımızın adlarının əbədiləşdirməsi istiqamətində mühüm iş görür.

Özbəkistan Yazıçılar İttifaqının üzvü, tanınmış azərbaycanlı şair İxtiyar Rza və Özbəkistan Rəssamlıq Akademiyası Səmərqənd bölməsinin rəhbəri olmuş heykəltəraş Eynulla Əliyevin xatirələrinin əbədiləşdirilməsi, onların yaşadıqları binaya xatirə lövhələrinin vurulması istiqamətində işlər aparılır.

Xatırladırıq ki, ötən il Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü mərhum Yusif Hüseynovun yaşadığı binaya onun barelyefi vurulub, Mərkəzdə rəssamın fərdi sərgisi keçirilib.

azertag.az