Son beş ildə Azərbaycanda doğulan qız uşaqlarına müxtəlif güllərin adının verilməsi geniş yayılıb.
Ədliyyə Nazirliyindən bildirilib ki, qız uşaqlarına verilən adlar arasında Nərgiz, Lalə çoxluq təşkil edir.
2016-cı il ərzində 445 körpəyə Nərgiz adı verilib. Ümumilikdə isə son beş ildə 2591 körpəyə Nərgiz adı qoyulub.
Son beş ildə valideynlər 1782 körpəyə Lalə (ötən il 270), 300-nə (2016-cı ildə 44) Yasəmən adı veriblər.
Eyni zamanda, son beş ildə doğulan 425 qız uşağına Çiçək, 212-nə Banuçiçək, 185-nə Bənövşə, 86-na Gülbahar, 75-nə Qızılgül, 46-na Qərənfil adı qoyulub.
Bundan başqa qızlara verilən adlar arasında Laləzər, Laləzar, Laləxanım, Lalənur, Laləxatun, Laləgül, Lalə Coya, Nərgizxatun, Nərgizbanu, Nərgizzəhra, Nərgizxanım, Nərgizə, Bənövşəxanım, Gülşahnaz, Gülşah kimi adlar da geniş yayılıb.
report.az