Oktyabrın 6-da Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Böyük Britaniyanın London şəhərində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılacaqdır.
Avropa-Azərbaycan Cəmiyyətindən bildirilmişdir ki, sərgidə rəssamın rəngkarlıq və qrafika janrında çəkdiyi 15-dən artıq əsəri nümayiş etdiriləcəkdir.
Londonlular bununla Fərhad Xəlilovun son illərdə yaratdığı əsərlərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bir sıra beynəlxalq sərgilərdə uğurla iştirak etmiş rəssamın əsərləri indiyədək Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunmuşdur.
Görkəmli fırça ustasının “Tanışlıq” adlanan sərgisi oktyabrın 19-dək davam edəcəkdir.