Azərbaycanın xalq artisti Siyavuş Aslanın 77 yaşı tamam olur
5.9.2012

Bu gün Azərbaycanın xalq artisti, Azərbaycan kino və teatr tarixində unudulmaz rollar yaradan, sevimli aktyor Siyavuş Aslanın doğum günüdür.

S. Aslanın 77 yaşı tamam olur.

Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). Görkəmli aktyor televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

APA