Yanvarın 27-də Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, “Gürcüstanın sehrli ritmləri” adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliaşvili, Aysel Məmmədova və beynəlxalq müsabiqələrin laureatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər. Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq.
Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
azertag.az