Bakıda “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyinə həsr olunmuş sərgi açılacaq
6.1.2017

Yanvarın 16-da Bakı Xətai Sənət Mərkəzində tanınmış gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, “Yeddi gözəl” adlı sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşəcək.

Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə açılacaq sərgidə poemanın qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim ediləcək.

azertag.az