Aprelin 10-dan 17-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək.
Nazirlikdən bildirilib ki, festivalın dörd nominasiya – “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, festivalın məqsədi böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm amil olan milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi, milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, violonçel, nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir.
azertag.az