Xorvatiyanın paytaxtı Zaqreb şəhərində çox maraqlı bir yarış keçirilib. Açıq havada onlarla səyyar kafeteriya qurularaq, xüsusi hazırlanmış böyük fincanların kapuççino ilə doldurulması üzrə çempionat keçirilib.
Yarışda 22 səyyar kofehazırlayan maşın iştirak edib. Yarış birinciliyi qazananın məlum olmasından əlavə bu sahədəki Ginnes rekordunu da təzələyib.
Əvvəlki rekordun 1500 litr kapuççino olduğunu nəzərə alsaq, bu dəfəki yarışların qalibi nə az, nə çox düz 2012 litr həcmində kapuççino hazırlayaraq dünya rekordunu təzələyib.
2009-cu ildə Praqada keçirilən və 80 səyyar kofedəmləyən maşının iştirak etdiyi yarışmada 2117 litr kapuççino hazırlanmışdı. Amma nədənsə bu nəticə Ginnesin rekordlar kitabına salınmamışdı.
http://publika.az