Qoç - Uğurun üzünüzə güləcəyinə, müttəfiqlərinizin hər işdə sizə yardım edəcəyinə inanmaqda səhv edirsiniz. Təklikdə döyüşməli olacaqsız. Pul itirə bilərsiniz, ehtiyatlı olun. Yeni təəssürat aclığınız yaranıb, elə bilirsiniz ki, kimsə sizi "doyuracaq". Amma belə deyil. Özünüz öz kefinizi qaldırın. Əvvəlcə çətin olacaq, günün sonunda isə çox şənlənəcəksiz.
Buğa - Çox şey istəyirsiniz. Amma nəyə daha çox can atsanız, onu da əldə edəcəksiniz. Gözlənilmədən müttəfiqləriniz peyda olacaq, başqalarının təcrübələrinə güvənin, yalnız öyrənmək xatirinə səhv etmək lazım deyil. Şəxsi zəmində xoşagəlməzliklər, sarsıntılar ola bilər. Tanımadığınız və məqsədləri qaranlıq olan adamların işlərinizə burun soxmasına izin verməyin.
Əkizlər - Sizə yalnız sözdə dayaq duran adamlara vaxtınızı daha çox sərf edirsiniz. Onlara inanmayın, çünki bu gün başqalarının çaldığına oynamağa hazırsınız. Əlbəttə, bir neçə gün sonra bugünkü hərəkətləriniz sizi heyrətə gətirəcək. Maliyyə çətinlikləriniz ola bilər, pulları düzgün bölüşdürün. Şəxsi cəbhədə təəssübkeş olun. Nə vaxtsa sizi tərk edən birinin qayıdışı mümkündür. Yaxınlarınıza yardım etməkdə tənbəl olmayın.
Xərçəng - Təcrübə aparmaq vaxtı deyil. Sizdən əvvəl lazım olan üslub və yolları artıq fikirləşib tapıblar. Bu günə işgüzar görüşlər təyin etməyin, gərginlik sizi yoracaq. Daşınmaz əmlaka aid sənədlər imzalamayın, əntiq mallar almayın. Şəxsi həyatınızda "hava buludludur", şəraiti dəyişməyə çalışsanız da, bir şey alınmayacaq. Tələsik qərarlar verməyin. Təmkinli olun.
Şir - İmkanlarınız düşündüyünüz qədər çox deyil. Şəraiti tez və kökündən dəyişmək üçün çalışsanız da, ilk növbədə nədən başlayacağınızı bilmsirsiniz. Təcrübəli biriylə məsləhətləşin. Şəxsi həyatınızda hər şey ürəyinizcədir, şəraitiə görə hərəkət edirsiniz. Cürətli olun - sonu əla alınacaq!
Qız - Məqsədinizə çatmaq üçün var gücünüzü sərf etməlisiniz. Aza qane olmaq istəyirsiniz, amma məhz elə bu "az" balıq kimi əlinizdən sürüşüb çıxır. Təəssüf ki, heç kimə etibar edə bilmirsiniz, müttəfiqləriniz vəd verib, sözlərindən qaçırlar. Ən yaxın adamınız da sizi başa düşmək istəmir. Gənc Qızlar üçün daha çətindir, bu gün onlar öz problemləriylə baş-başa qalacaqlar. Günün sonunda xəstələnmək ehtimalı böyükdür.
Tərəzi - Çətinlik çəkirsiniz. Özünüzü tox tutmağa çalışsanız da, bu, təcrübəli adamların gözündən yayınmayacaq. Əgər bu təcrübəli adamların hamısı sizə xoş münasibət bəsləsəydi, dərd yarı idi, ancaq düşmənləriniz məhz bu günü gözləyirdilər, müdafiəyə hazır olun. Şəxsi həyatınızda çoxdan gözlədiyiniz dəyişikliklər yubanır. Gah bununla razılaşacaq, gah xəyala dalacaq, gah da özünüzü xəyallar aləminə qapatdığınız üçün qınayacaqsınız.
Əqrəb - Hadisələrin sonunun pis qurtaracağı qənaətindəsiniz. Çox nahaq. Fikrinizi xırda məqsədlərdən daha böyüklərinə cəmləyin. Bu gün "hə" deyəcəyiniz bir cümlə bütün həyatınızı dəyişəcək. Ünsiyyət üçün yaxşı gündür. Köhnə tanışlıqlarınızı yeniləyə, hazırki münasibətlərinizi möhkəmlədə bilərsiniz. Ancaq bir az yumşaq olun, güzəştə gedin. Zəif tərəflərinizi göstərməkdən çəkinməyin.
Oxatan - O qədər cəld hərəkət edirsiniz ki, nə etdiklərinizi, nə də onların mümkün nəticələrini götür-qoy etməyə vaxtınız çatmır. Haqqınız çatan çox şeydən məhrum olacaqsız. Bu isə sizi cinləndirir. Müəyyən bir anda özünüzə nəzarəti itirəcəksiz, bu isə uzun münaqişənin əsası olacaq. Sizin üçün vacib olan hər şeyi qoruyun, hətta taleyinizə qarşı çıxsanız belə. Günün sonunda yorğunluq hiss edəcəksiniz, yaxınlarınıza güvənin.
Oğlaq - Vacib qərar verməli olduğunuz an yaxınlaşır. Hiss edirsiniz ki, çətin olacaq, amma geri çəkilməyə də hazırlaşmırsınız. Sizin bu cəsarətiniz təqdirəlayiqdir, çünki gözəl bəhrəsini tezliklə görəcəksiz. Peşəkar əlaqələr üçün uyğun gündür, özünüzə tərəfdaş və əməkdaş axtarın. Günün ikinci yarısı isə emosiyalarınızı nəzarətdə saxlayın, güclü stress sizi xəstələndirə bilər.
Dolça - Alış-veriş üçün əla vaxtdır. Sizə tezliklə lazım olacaq əşyaları alacaqsınız. Nüfuzlu bir adamın sizə hamilik etməsi mümkündür. Çoxlu pul almanız, gəlirli sövdələşmələr gözlənilir. Peşəkar uğurlarınız paxıllıq yaradacaq. Şəxsi həyatınızda baş verən dəyişikliklərin məğzini anlamaqda hələlik çətinlik çəkirsiz. İntuisiyanıza, özünüzə güvənin. Bu gün çox şeyə qadirsiniz.
Balıqlar - Fikrinizi deməkdən çəkinməyin. Bu, can atdığınız nəticələri əldə etmək üçün vacibdir. Bəzən cəmiyyətə qarşı çıxıb, qabalıq göstərəcək, müstəqil qərar vermək hüququnuzu qorumağa çalışacaqsız. Yorulsanız da, geri çəkilməyin, istədiyinizi alacaqsınız. Asan qələbə gözləməyin. Gün yorucudur, amma daxili maneələri aşaraq bundan həzz alacaqsınız. Sonra özünüzlə fəxr edəcəksiz. Axşam vacib bir xəbər alacaqsınız.