Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir.
AzərTAc xəbər verir ki, atletika yığmamızın üzvləri Oleq Panyutin, Rza Osmanov, Elçin Muradov və Vladimir Zaets 100 metr məsafəyə estafet turnirinin ilk mərhələsini birinci pillədə bitirmiş və finala yüksəlmişlər.
Yığmamız finalda İspaniya, Çin və Rusiya milliləri ilə birgə mübarizə aparmış və bürünc medal qazanmışdır.
AzərTAc