2016-cı ildə 140 mindən çox daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb.
Bu barədə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
Bildirilir ki, 2016-cı ildə 140 848 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 25,2 milyona yaxın olub. 2015-ci il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30% , sığorta haqlarının məbləğində 1.5% faiz artım müşahidə edilib.
Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,78 %-i yaşayış evləri və mənzillər, 0,30%-i inzibati binalar, 18,92 %-i digər daşınmaz əmlakla bağlı olub.
2016-cı ildə icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 31%-i Bakı, 4,4%-i Sumqayıt, 3,9%-i Abşeron, 3,7%-i Gəncə, 2,6%-i Lənkaran, 54%-i isə digər şəhərlərinin payına düşür.
Qeyd edək ki, hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/) fəaliyyət göstərir.
trend