Pediatrların məsləhətinə görə, uşaqlarda fıstığa olan allergiya riskini azaltmaq üçün dörd aylıq olarkən onlara fıstıq verilməlidir. Araşdırmalar fıstığın erkən qəbulunun allergiya riskini 80 faizdən çox azaltdığını ortaya çıxarıb.
ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutu bunun sözügedən sahədə yeni addım olduğunu vurğulayıb. Belə ki, 2008-ci ildən bəri ABŞ-da allergiya səviyyəsi dörd dəfə artıb.
Tövsiyəyə əsasən allergiyası və ağır ekzeması olan uşaqlar 4-6 aylıq, yüngül ekzemalı körpələr isə altı aylıq olarkən tibbi nəzarət altında fıstıq tərkibli qidalar qəbul etməlidirlər. Ekzema və allergiyası olmayanlar tərkibində fıstıq olan qidaları sərbəst qəbul edə bilərlər.
azertag.az