Sonunda bu da oldu! Twitter-də evləndilər
6.9.2012

Türkiyənin Üsküdar vilayətində maraqlı hadisə yaşanıb.

Çelik və Candan cütlüyünün nikahı Twitter sosial şəbəkəsi vasitəsiylə kəsilib.

Belə ki, Üsküdar Bələdiyyə sədri məclisə gələ bilməyib və Twitter-də cütlüyü evləndirib. Toy evində qurulan ekran vasitəsilə qonaqlar bu anları izləyib.

Bələdiyyə sədrinin ilk twiti belə olub: “Gənc dostlarımız həm sizləri, həm də Twitter-də bizi izləyən bütün insanlara xoş gəldin deyirəm”.

Bundan sonra cütlük də Twitter-də bələdiyyə sədrini salamlayıb və imzalama mərasimi başlayıb.
Bələdiyyə sədri deyib: İndi imzalara gəldi sıra. Mən Üsküdar xalqının mənə verdiyi səlahiyyətdən istifadə edərək sizi ər-arvad elan etmək istəyirəm. Evlənməyi qəbul edirsinizmi?” sualına cütlük sosial şəbəkədə “bəli” cavabını yazıblar və onlar ər-arvad elan ediliblər.

Qeyd edək ki, Türkiyədə baş verən bu hadisə dünya mətbuatında geniş yer alıb.


Gün.Az