Günün qoroskopu
6.9.2012

Qoç - Bu günün hadisələri çoxdan qarşınıza qoyduğunuz məqsədlərə doğru bir pilləkən olacaq. Ancaq ona bu qədər yaxın olmağınız sizi o qədər də sevindirmir: son dövr ərzində prioritetləriniz dəyişib və indi sizə tamamilə başqa şeylər lazımdır. Dayanmayın: doğrudan da ehtiyacınız olan bir şeyi əldə etmək üçün gözəl şansınız var.
Tikintiyə başlamaq, yaxud daşınmaz əmlak almaq, kirayə etmək olar. Yaxınlarınız ev işlərində sizə kömək edir, hətta bəzən şəxsi həyatınıza da müdaxilə edirlər. Münaqişə yaranmasını istəmirsinizsə, bunlara yumorla yanaşın.

Buğa - Ünsiyyət üçün xoş gündür. Başqalarının istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və ehtiyaclarını nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş təəssürat yarada biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün köməkçiləriniz də var.
Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz: gözəl və unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər ala bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.

Əkizlər - Ətrafda nə baş verir-versin, siz sakitliyinizi və həyata müdrik yanaşmanı qoruyub saxlayırsınız. Heyrətamiz mövqedir! Hamının sizə əlindən gələn qədər təsir etməyə çalışmasına, hətta bu yolda yorulub əldən düşməsinə baxmayaraq, siz yenə də öz bildiyiniz kimi hərəkət edirsiniz. Yeni işlərə başlaya bilərsiniz, çoxdan qurduğunuz planları da reallaşdırmaq olar. Tək qalacağınızdan qorxmayın: işə başlayan kimi tərəfdaşlarınız da özlərini yetirəcəklər.
Qadınlarla təmaslar xoş və faydalı olacaq. Zərif cinsin nümayəndələrilə səmimi söhbət bu yaxınlarda baş vermiş bəzi hadisələrə münasibətinizi dəyişəcək.

Xərçəng - Maliyyə məsələlərinin həlli və büdcə planlaması üçün uyğun gündür. İşgüzar intuisiyanız çox güclüdür. Bir baxışdan hansı layihənin perspektivli, hansının uğursuz olduğunu dəqiq təyin edirsiniz. Rəyinizi hətta çox təcrübəli insanlar da dinləyirlər. Peşəkar mövqelərinizin möhkəmləndirilməsi üçün münasib gündür.
Dünyagörüşünüzü genişləndirin. Yeni məlumatlar öyrənməyə çalışın. Bir çox Xərçənglər ətrafdakılarla ünsiyyətlərinə başqa rakursdan baxmağa çalışacaq və gələcək barədə planlarına dəyişikliklər edəcəklər.

Şir - İnad, məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin müzakirəsi və həlli üçün münasib gündür. Axşam vacib bir məlumat alacaqsınız.
Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Ailədə liderlik üstündə mübahisə istisna deyil. Xoşbəxtlikdən, münaqişənin yaranmasına imkan vermir, nəzakətli olmağa çalışırsınız. Günün ikinci yarısı ziyafyətə qatılmaq olar.

Qız - Soyuqqanlısınız, diqqətinizi toplamısınız, hesabınızı yaxşı tutursunuz. İstənilən çətin problemi həll etməyə qadirsiniz. Sizə irəliləməyə mane olan yeganə şey - heç bir iş görməmək istəyiniz ola bilər. Bu daxili düşməninizin öhdəsindən gəlincə situasiya sürətlə yaxşıya doğru dəyişəcək.
Məhsuldar əməkdaşlığa başlamaq olar. Ancaq şəxsi həyatınızı kökündən və yaxşıya doğru dəyişməyə qadir bir insanla görüş daha ağlabatandır. Bəzi Qızlar tamamilə başlarını itirəcəklər, amma bu yalnız onların xeyrinədir.

Tərəzi - Asan gün deyil. Baş sındırmalı olacaqsınız və intellektual zəhmət sizə xeyli həzz verəcək. Üstəlik, nəhayət ki, problemlərin həllini tapacaqsınız. Yəni özünüzlə qürrələnməyə daha bir imkan yaranır.
Mənasız söhbətlərə, birbaşa sizin həyatınıza aid olmayan məsələlərin müzakirəsinə vaxt ayırmayın. Bir yerdə oturmayıb, iş görsəniz, çox gözəl olar. Günün ikinci yarısı uğurlu səfər gözlənilir. Pul, hədiyyə ala bilərsiniz.

Əqrəb - İstənilən şəraitdə təmkininizi qoruyur və yaranan problemlərə müdrikcəsinə yanaşırsınız. Bu səbəbdən ətrafınızdakılar da tez-tez məsləhət və yardım üçün sizə müraciət edirlər. Yeni sahədə yeni layihələrə başlamaq olar. ideyalarınız nə qədər cəsarətlidirsə, uğurlarınız bir o qədər çoxdur.
Yaxınlarınızla dil tapmaq asan deyil, sevdiyiniz şəxslə aranız dəyə bilər. Ancaq mübahisənin qarşısını almaq olar: ən yaxşı çıxış yolu zarafat, yumordur. Axşamı uşaqlara həsr edin.

Oxatan - İşgüzar ünsiyyət və peşəkar mövqelərin möhkəmləndirilməsi üçün əla gündür. Nüfuzlu şəxslərlə aranızda fikir ayrılıqları yaranmır, hətta onların dəstəyinə də güvənə bilərsiniz. Gələcəyinizin təminatına zəmanət verən uzumüddətli müqavilələr imzalamağınız mümkündür.
Ailə üzvlərinizlə mübahisələrdən qaçın: fikir ayrılıqları nə qədər ciddi görünsə də, güzəştə getmək olar. Yeni tanışlıqlar mümkündür, bunların faydasını tezliklə görəcəksiniz. Çalışın, başınızı itirməyəsiniz: bu gün asanlıqla aşiq olursunuz, amma bunun xoşbəxtlik gətirəcəyi ağlabatan deyil.

Oğlaq - İşgüzar aktivliyiniz yüksəkdir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa o qədər can atırsınız ki, yaranan maneələri görmürsünüz. Tərəfdaşlarınızla ünsiyyət və həmfikir axtarışı üçün münasib gündür. Ətrafınızda həm maraqlarınızı, həm də həyata baxışınızı bölüşən adamları toplamağı bacarırsınız.
Köhnə eşqinizlə münasibətləri bərpa etmək şansınız var. Hisslərinizin əvvəlkilək güclü olması sizi təəccübləndirəcək. Ailəli Oğlaqlar bu gün övladlarına, xüsusilə də onların sağlamlığına daha çox vaxt ayırmalı olacaqlar.

Dolça - Təmkininizi qoruyun - günü yaxşı keçirməyin ən yaxşı yolu budur. Diqqətinizi cəld reaksiya tələb etməyən işlərə yönəldin. Qısa zamanda vacib qərar vermək bu gün sizlik deyil. Düzgün nəticə çıxarmaq, hərəkət planı tərtib etmək üçün zamana ehtiyacınız var.
Xoşunuza gələn adamlarla ünsiyyət qurun. Yaxşı məsləhətlər verirsiniz. Çətin vəziyyətə düşmüş, yaxud yolunu azmış birinə yardım edə bilərsiniz. Bir çox Dolçalar bu gün ədəbiyyata meyl edirlər.

Balıqlar - Enerjilisiniz, tez toparlanmağı bacarırsınız. İşinizdə bu keyfiyyətləriniz dadınıza çatacaq. Rəqiblərinizi xeyli geridə qoya, nüfuzlu bir şəxsin dəstəyini qazana bilərsiniz. Sahibkarlar bizneslərini genişləndirmək imkanı qazanırlar.
Xoş olmayan, eyni zamanda ifrat dərəcədə işgüzar bir xanımın işlərinizə müdaxiləsi kefinizi korlayacaq. Emosiyalarınızı nəzarətdə saxlamağa çalışın. Maraqlarınızı sakitcə, amma qətiyyətlə müdafiə edin. Köhnə dostunuz yaxşı bir xəbərlə sizi sevindirəcək.

Milli.Az