Sinqapurun Elm, Texnologiya və Tədqiqatlar üzrə Agentliyi yanında Mikroelektronika İnstitutu 135 QHs tezliklə işləyən ilk kompakt, dəlikli rezonator antena hazırlamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, compulenta.ru saytının məlumatına görə, antena ötürülən siqnalı gücləndirərək eyni tezlikdə işləyən 30 ən yaxşı analoqunu geridə qoymuşdur.
Antenanın ölçüləri 1,6×1,2 millimetrdir. Bu, silisium bazasında mövcud olan ən kiçik məmulatdır ki, artıq kütləvi mikrosxemlərlə inteqrasiyaya hazırdır. Bundan başqa, antena mövcud dəlikli rezonator antenalardan 60-70 faiz daha ucuzdur.
“Nöqtə-nöqtə” tip şəbəkələrdə məlumatların qəbulu və ötürülməsi sistemi digər komponentlərlə kombinasiyada naqilsiz rabitəni 20 Qbit/s sürətlə dəstəkləmək qabiliyyətinə malikdir. Bu da ən yeni, standart Wi-Fi ilə müqayisədə təxminən 200 dəfə daha böyük sürət deməkdir
AzərTAc