"Yahoo" adını dəyişdirir
10.1.2017

ABŞ-ın dünyada ikinci axtarış sistemi olan "Yahoo" şirkəti adını dəyişdirəcək.

Əsas internet əməliyyatlarını "Verizon Communications"a satan və hazırda yalnız "Alibaba Group Holding" və "YahooJapan" şirkətlərində pay sahibi olan "Yahoo"nun adı "Altaba Inc" olacaq.

Bu barədə şirkətin İdarə heyəti müvafiq qərar qəbul edib.

Yeni şirkətin direktoru Erik Brant olacaq.

trend.az