"Telekom" klubu Çempionlar Liqasında növbəti oyununu keçirəcək
10.1.2017

Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Telekom" klubu bu gün növbəti oyununu keçirəcək. A qrupunda gedəcək mübarizədə rəqib Polşanın "Ximik" klubu olacaq.
İlk turda hər iki komanda məğlub olub. "Telekom" İtaliyada "İmoko Volley"ə 0:3, "Ximik" isə "Nordmekkanika"ya 1:3 hesabı ilə uduzub. "Telekom" qələbə qazana bilməsə, elə qrup sonuncusu kimi qalacaq. Oyunu rumıniyalı Sabo-Aleksi Paul Katalin və lixtenşteynli Filip Şurman idarə idarə edəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
17:00. "Telekom" (Azərbaycan) - "Ximik" (Polşa)
Hakimlər: Filip Şurman (Lixtenşteyn), Sabo-Aleksi Paul Katalin (Rumıniya)
Bakı. Sərhədçi Olimpiya İdman Mərkəzi

report.az