Oranqutanlar üçün İpad
6.9.2012

İnsanlar dünyada elektron qaccetlər üçün dəli olan yeganə məxluqlar deyillər. ABŞ və Kanadada yerləşən on iki zooparkın işçiləri aşkarlayıblar ki, meymunlar da planşetdə müxtəlif proqramları açmağı xoşlayırlar.

Meymunları planşetlər vasitəsi ilə öyrədən proqram Apps for Apes (meymunlar üçün proqramlar) adlanır. Zoopark işçiləri həftədə bir neçə dəfə oranqutanlara aypədlə oynamağa icazə verirlər.

Qeyri- adi layihənin banisi, Orangutan Outreach qeyri-kommersiya təşkilatının rəhbəri Devid Çimerman deyir: "Onlar insanlara çox oxşayırlar. Youtube-da videolara baxırlar, digər oranqutanların fotolarını izləyirlər".

Oranqutanlar həftədə bir neçə dəfə yarım saat müxtəlif proqramlarla oynayırlar. Onların ən sevdikləri proqramlar isə rəsm çəkmə, musiqi proqramları və videolardır.

Zoopark işçiləri planşetləri yalnız əyləncə məqsədləri ilə tətbiq etmirlər. Onlar müxtəlif yollar axtarırlar ki, orqanqutanlar planşetlər vasitəsilə insanlarla danışsınlar.

Çimerman deyir: "Təsəvvür edin ki, oranqutanın dişi ağrıyır, zoopark işçiləri isə bunu bilmirlər. Əgər meymunlar İpad-lardan istifadə edə bilsələr, sadəcə ekranda diş işarəsinə basacaqlar və müalicə olunacaqlar".

Qeyd edək ki, meymunlar İpad-ı sevinclə qarşılayırlar. Onlardan biri o qədər aypədlə oynayıb ki, indi ayaqları ilə də ondan istidadə edə bilir.

İpad-lar incə olduqlarından işçilər onu əllərində saxlamalı olurlar ki, meymunlar oynayarkən əzməsinlər. Amma bu yaxınlarda layihə müəllifləri möhkəm qab düşünürlər ki, meymunlar həm rahat oynasınlar həm də alət əzilməsin.

Big.az