Fransanın inkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen Azərbaycanda səfərdədir.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilir.
O, səfər çərçivəsində yanvarın 10-11-də Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Jan Mari Le Quenin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü də planlaşdırılır.
Həmçinin, Fransanın dövlət katibi 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək.
report.az