Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək
11.1.2017

Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verilir ki, Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 17-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.

Biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir.

trend.az