İnanılmaz olsa da, belədir: Günəş sönməyə başladı
6.9.2012

Son 5 ayda Günəş səthindəki temperatur və onun yaydığı enerjinin intensivliyi son 300 il ərzində ən aşağı, rekord səviyyəyə düşüb.

Günəş mərhələlərinin yeni fazası 18-ci əsrdən bəri aparılan müşahidələr əsnasında minimum həddə çatdığından, bundan sonra Günəşdə "buzlaşma dövrü"nün, Yerdə isə ifrat istilərin başlayacağını demək olar.

İfrat istilər az çəkəcək, sonra isə havalar uzun müddət ərzində soyuq keçəcək.

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin orbital zondları ilə rəsədxanalarında aparılan müşahilərə görə, Günəşin aktivliyinin maksimum həddi 2011-ci ildə olmalıydı. Lakin Günəşin temperaturu ötən il artmadığından alimlər Günəşin ən isti dövrünün 2012-ci ilə təsadüf edəcəyini ehtimal etdilər.

Lakin indi Günəşdə Volf əmsalının orta aylıq səviyyəsi maksimum ölçülərdən 3 dəfə aşağıdır.
Volf əmsalı Günəşdəki ləkələrin sayını səciyyələndirir.

2012-ci ildən bəri Volf əmsalı bir dəfə də olsun 70-ə çatmayıb. Halbuki əvvəlki illərdə bu əmsal 170-ə bərabər olurdu. Fevral ayında Volf əmsalı 32,9, bu ayın əvvəllərində isə 63,1-ə düşüb.

Amerikalı alimlər deyirlər ki, Günəşin şüalanması "Dalton minimumu"na enib.

"Dalton minimumu" 1784-1810-cu illərdə, iki 11 illik dövrdə müşahidə olunub.

Günəşdəki ləkələrin mütəmadi hesablanmasına 1750-ci ildə Sürix rəsədxanasında başlanmışdı.

Günəşin enerjisinin zəifləməsinə rentgen partlayışlarının sayının azalması, plazma partlayışlarının sayının isə tam əksinə, artması dəlalət edir.

Alimlər hesab edirlər ki, bəhs olunan proseslər nəticəsində Yerdə ciddi iqlim dəyişiklikləri olacaq. 2013-cü ilin yayı çox isti və bürkülü keçəcək, sonrakı illərin qış fəsillərində isə havalar həddən ziyadə soyuyacaq.

"Günəşin tədricən sönməyə başladığını deyə bilərik. Əslində Günəş dərhal sönməyəcək. Bu proses milyonlarla, yüz milyonlarla il ərzində davam edəcək. Lakin artıq hər şey başlayıb", - astronom Endryu MakMillan deyib.

Milli.Az