Tərəqqipərvər bəşəriyyət hər ilin bir gününü - yanvarın 11-ni Beynəlxalq Təşəkkür Günü kimi bayram edir.
Bu gün "Azər Türk Bank"ın kollektivi tərəfindən də qeyd edilib. Filial və şöbələrin işçiləri bankın müştərilərinə əməkdaşlığa görə səmimi minnətdarlıqlarını bildirməklə, onlara hədiyyələr təqdim ediblər. Müştərilər də öz növbəsində onlara qarşı daim diqqətcil olan "Azər Türk Bank" ailəsindən məmnunluqlarını ifadə ediblər.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
trend