Peşəkar heykəltəraş İvan Lovatt artıq altı ildir ki, öz şəxsi kolleksiyası, korporasiyalar və ictimai sərgilər üçün heykəltəraşlıq əsərləri yaradır.O, bunun üçün poladdan sinklənmiş simlərdən istifadə edir.
Qeyd edək ki, Ivan Lovatt Nairobidə (Keniya) anadan olmuşdur. Onun uşaqlığı İngiltərə, Afrika, Uels və Almaniyada keçib. Artıq yeniyetmə yaşlarından dizayn sahəsində çalışmağa başlamışdır.