Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı “Xocalı” adlı rəsm müsabiqəsinə start verilib.
Elan olunmuş müsabiqə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının birgə səyi ilə reallaşacaq.
Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini xocali25@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi fevralın 20-də başa çatacaq. Müsabiqənin nəticələri fevralın 27 və 28-də İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi çərçivəsində elan olunacaq.
Qaliblərə sertifikatlar təqdim ediləcək
azertag.az