Türkiyənin İstanbul şəhərində keçirilən 40-cı dünya şahmat olimpiadasının növbəti turunda Azərbaycanın kişilərdən ibarət komandası Polşa, qadınlardan ibarət kollektivi isə Gürcüstan ilə qarşılaşıblar.
Kişilərdən ibarət komandamızın Polşa kollektivi ilə yarışı 2-2 hesabı ilə nəticələnib. Teymur Rəcəbov Radoslav Voyajekə məğlub olub, Şəhriyar Məmmədyarov Bartoz Soskoya qalib gəlib. Qadir Hüseynov Bartlomiej Majeyka, Rauf Məmmədov Dariuj Svierj oyunları heç-heçə nəticələnib. Komandamız növbəti turda Ukrayna kollektivi ilə qarşılaşacaq.
Qadınlardan ibarət komandamız isə Gürcüstan kollektivinə 2,5-1,5 hesabı ilə qalib gəlib. Zeynəb Məmmədyarova Bela Xotenaşvilini üstələyib, Xəyalə İsgəndərova Nino Batsiaşvili, Gülnar Məmmədova Lela Cavakaşvili, Nərgiz Umudova Nino Xurtsidze oyunları heç-heçə nəticələnib. Qadın şahmatçılarımız növbəti turda Fransa komandası ilə yarışacaqlar.
ANS PRESS