“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib. Klubun rəsmi saytına istinadən verilən məlumata görə, Bakı "İnter"indən ayrılan Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovla 1,5 illik müqavilə bağlanılıb.
“Neftçi”nin yetirməsi olan 30 yaşlı yarımmüdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya) və “Qəbələ” klublarında da çıxış etmiş Ruslan Abışov 2009-cu ildən millinin şərəfini qoruyur.
report.az