Mariya Zaxarova: "Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək"
13.1.2017

"Rusiya və Azərbaycan arasında keçmişdə müəyyən edilmiş və gələcəkdə həyata keçirilməli olan bir sıra məsələlər var".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə 2017-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini şərh edərkən deyib.
"Bu münsasibətləri inkişaf etdirmişik və inkişaf etdiririk. Ən əsası, Rusiya siyasətinin inkişaf və reallaşdırma istiqamətləri üzrə bütün müvafiq sənədlər Azərbaycanla ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyini göstərir" - M.Zaxarova bildirib.

report.az