Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Ramazan Hüseynov beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb.
Baş İdarədən bildirilib ki, gənc istedadların beynəlxalq müsabiqəsi Çexiyanın paytaxtı Praqa şəhərində keçirilib.
Ramazan Hüseynovun müəllimi Xədicə Həmzəyevaya da diplom təqdim olunub.
azertag.az