Xalq artisti Aygün Kazımova ən böyük arzusundan danışıb. Хalq artisti dünya şöhrətli müğənnilər Şakira, Cenifer Lopez, Rihanna ilə bir səhnədə oxumaq istəyini dilə gətirib.
“Təəssüflər olsun ki, mən həmin səhnədə olmayacam. Çünki bu, FİFA-nın öz seçimidir. Amma onlarla birgə oxumaq istərdim”.
A.Kazımova xoşbəxtliyini öz sənətində tapdığını deyib.
“Axır ki, mən başa düşdüm, ən böyük stimulum sənətimdir. Sənətimlə məşğul olsam, həyatda xoşbəxt olaram”.
Gün.Az