Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamın “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları” əlavəsinə dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, Azərbaycan Ali Məhkəməsi Aparatının rəhbəri, Aparat rəhbərinin müavini, Aparatda təminedici şöbənin müdiri, şöbənin müdir müavini, Aparatda yardımçı şöbənin müdiri, Ali Məhkəmə sədrinin müşaviri, Ali Məhkəmə sədrinin köməkçisi, Ali Məhkəmənin işlər müdiri, Ali Məhkəmənin İşlər İdarəsində şöbə müdiri, şöbə müdirinin müavini və Ali Məhkəmənin Aparatında sektor müdirinin əməkhaqları artırılır.
trend.az