Özünü sevgilisinə və qonşularına qurban verdi
7.9.2012

Londonda gənc qadın sevgilisini və qonşularını yanğından xilas etməyə çalışarkən həlak olub. Aysli of Doqs səmtindəki çoxmərtəbəli yaşayış binalarından birində yaşayan 23 yaşlı Sofi Rosser rəfiqəsinin ad günündən gecədən xeyli keçmiş evə qayıdırldı.

Evə çatanda o, binadan alov və tüstülərin çıxdığını gördü.
Sofi dərhal sevgilisi Oskar Silvaya zəng vuraraq, ondan binadan çıxmasını istədi. Bundan sonra isə Sofi qonşuları xilas etmək, onlara yanğın xəbərini vermək üçün binaya girdi.

Lakin qadın alovların arasında qalaraq tüstüdən boğularaq huşunu itirib.
Hadisə yerinə gələn yanğınsöndürənlər Sofini xilas edə bilməyiblər.

"Meridian Place" binasında yaşayan Sofi memar idi və interyer dizaynı kurslarında təhsil almağa başlayacaqdı. O, iki ildən bəri birlikdə yaşadığı Oskarla ailə qurmağa hazırlaşırdı.

"Yanan binadan çıxan kimi Sofiyə zəng vurdum, yaxşı olduğumuzu demək istədim. Telefonu sönmüşdü. Sonra yanğınsöndürənlərin bir adamı xərəkdə apardıqlarını gördüm. Həmin qadının paltarlarından anladım ki, xərəkdəki Sofidir. Hərəkət etməsini gözlədim. Amma ölmüşdü..." - Oskar Silva deyib.

Milli.Az