Sinqapurda yerləşən 55 mərtəbəli 3 göydələnin üzərində yerləşən Skay Park (Sky-Park) istirahət mərkəzi dünyada açıq səma altında insanlar üçün yaradılan ən böyük tikinti obyektidir. Qeyd edək ki, gəmi formasında olan bu istirahət mərkəzinin altındakı göydələnlər isə otel kimi istifadə olunur.