Harri Potterin evi 1,5 milyon dollar satışa çıxarılıb
7.9.2012

Britaniyanın Saffolk qraflığında yerləşən və "Harri Potter və ölümün hədiyyələri" filmində gənc sehrbazın doğulduğu ev qismində istifadə olunan De Vere House iqamətgahı 1,5 milyon dollar satışa çıxarılıb.

Ssenariyə əsasən Volan-deMortun qəddar əməlləri nəticəsində Potterin valideynləri faciəli şəkildə həlak olana qədər bu evdə yaşayırlar. Məhz burada Harri öz alnında əbədilik iz salmış şimşək şəkilli çapığı əldə edir.

Gerçəklikdə isə bu imarət XIV-XVII əsrlərdə yaşamış nüfuzlu ailələrdən birinə - De Ver sülaləsinə məxsus olub. Həmçinin də belə güman edirlər ki, kral VII Henrix özü bu binaya bir neçə dəfə baş çəkib. Evin içində qəbul otaq, qonaq otağı, mətbəx, camaşırxana, üç yataq otağı, iki hamam otağı və mansarda var.

Ev Böyük Britaniyada ən çox foto şəkil çəkilən yaşayış obyektlərindən birinə çevrilib, o populyarlığına görə yalnız Dauninq-Stritdə yerləşən baş nazirin evindən geri qalır.

Publika.Az