Azərbaycan Xalça Muzeyində növbəti mühazirə dinlənilib
16.1.2017

Xalça Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə Azərbaycan xalçaçılığında ən geniş yayılmış ornamentlərin semantik mənasının açılmasından, onların müxtəlif forma və traktovkalarının müəyyən edilməsindən danışılıb.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Xalça Muzeyi ilə birgə reallaşdırdığı belə tədbirlər davam etdiriləcək.

azertag.az