Səfir: "Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi artıb"
16.1.2017

 "2016-cı ilin ilk 10 ayı ərzində Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 150 milyon dollar təşkil edib".
Bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku jurnalistlərə açıqlamasında deyib.
Diplomat hesab edir ki, iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi əvvəlki illərlə müqayisədə daha yüksək olacaq.
Azərbaycan və Rumıniya arasında gözlənilən yüksək səviyyəli səfərlər barədə danışan D.Yanku hazırda 2017-ci il üçün gündəlikdə duran əsas məsələlər üzərində iş getdiyini vurğulayıb.

report.az