Balakəndə ət, süd və yumurta istehsalı artıb
16.1.2017

2016-cı il Balakən rayonunun heyvandarları üçün çox uğurlu olub. Belə ki, ötən il rayonda bütün növ heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.

Balakən rayon Statistika İdarəsindən bildiriblər ki, ötən il rayonda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 122 ton və ya 2,4 faiz artaraq 5 min 135 ton olub. Həmin müddətdə rayonun təsərrüfatlarında 20 min 653 ton süd istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 97 ton çoxdur.

Heyvandarlıq məhsulları istehsalının artmasında cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər xüsusi rol oynayıb.

Hesabat ilində Balakəndə yumurta istehsalı əvvəlki illə müqayisədə 79 min ədəd artaraq 9 milyon 189 min ədəd olub, yun istehsalı isə 2,7 ton artıb.

azertag.az