Bakı Metropoliteni 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planını açıqladı
17.1.2017

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, həmin gün səhər saatlarından metronun "20 Yanvar" stansiyasında qərənfillərdən ibarət kompozisiya olacaq: "Stansiyada matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da metro stansiyasında hərəkət dayanacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək və qatarlar fit verəcək".

N.Paşayev bildirib ki, gün ərzində bütün stansiyalarda qərənfillər düzüləcək və matəm musiqiləri səsləndiriləcək.

trend.az