Dəri sallanmasından qurtulun: dəniz duzu
17.1.2017

Yaş irəlilədikcə dəri sallanması problemindən qaçmaq qeyri-mümkündür. Bunun qarşısı vaxtında alınmasa, estetik baxımdan xoşagəlməz görüntü yaranar.
Bu problemlə üzləşməmək üçün ilk növbədə düzgün qidalanmaq və müntəzəm idmanla məşöul olmaq lazımdır. Bunlarla yanaşı dərinizə dəstək verəcək baxım üsullarından da yararlanın. Məsələn, dəniz duzu.
Dəniz duzu tərkibindəki minerallar sayəsində bədənin gəncləşməsini təmin edir. Üstəlik hər istifadəsindən sonra dərinizdə gərginliyi hiss edəcəksiniz.
Dərini yeniləyir
Dəniz duzu bir müddət istifadədən sonra dərinizin yenilənməsini təmin edəcək. Bu yenilənmə sonrası dəri rənginin açıldığını da görəcəksiniz. Eyni zamanda dəridəki ləkə və yaralara müsbət təsir edəcək.
Necə istifadə edilir?
Həftədə 1, ya 2 dəfə dəniz duzu ilə isti bir duş qəbul etsəniz, qısa zamanda faydasını görəcəksiniz. Vannanı isti su ilə doldurun və dəniz duzu əlavə edib içinə girin. Bir müddət dincəldikdən sonra isti su ilə durulanın. Dərinizdəki rahatlığın dadını çıxarın.

saglamolun.az