İspaniyanın informasiya texnologiyaları üzrə tanınmış “İndra” şirkəti Azərbaycanda mühüm layihə həyata keçirir.
haberler.com portalına istinadən verilən xəbərə görə, sözügedən şirkətin Bakının əsas hava limanında quraşdıracağı navuiqasiya sistemi ən müasir standartlara uyğun olacaq.
Məlumata görə, “İndra”nın Bakıda quraşdırdığı yeni dispetçer mərkəzi SDC-2100 dijital səs-əlaqə sistemi sayəsində hava nəqliyyatını yüksək səviyyədə nəzarətdə saxlamağa imkan verəcək.
Yeni mərkəz həm də daha çox uçuş xəttini idarə etməyə və hava nəqliyyatını rahat tənzimləməyə şərait yaradacaq.
Gün.Az