Türkmənistanın Avaza Sərbəst Turizm Zonasında təşkil olunan eyniadlı festivala Azərbaycan nümayəndələri də qatılıblar.
“Cihan” İnformasiya Agentliyinə istinadən verilən xəbərə görə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Cənubi Koreya və Vyetnam təmsilçilərinin iştirakı ilə keçirilmiş “Avaza-2012” Beynəlxalq İncəsənət Festivalında Azərbaycanı məhşur “Göy Göl” ansamblı təmsil edib.
Xəzər dənizinin sahilində yerləşən Avazada keçirilən festivfal çərçivəsində təşkil olunmuş silsilə ilk birgə konsert proqramlarının böyük uğurla keçdiyi bildirilir. Tədbirə bu gün xüsusi mərasimlə yekun vurulacaq.
Məlumata görə, festival çərçivəsində 13 ölkənin 47 şirkətinin müxtəlif təyinatlı yeni məhsullarından ibarət sərgi də təşkil olunub.
Gün.Az