Yanvarın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İohann Ştrausun “Düyməcik” baleti təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq Artisti, xoreoqraf Liliya Sabitova, quruluşçu-rəssam isə Rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır.
Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Səhnə əsərində teatrın balet truppasının aktyorları çıxış edəcək.
azertag.az