Azərbaycana Özbəkistandan yeni model avtomobillər ixrac ediləcək
10.9.2012

Maşınqayırma sənayesini inkişaf etdirən Özbəkistan Azərbaycanın avtomobil bazarına yeni məhsullar çıxaracaq.

Türkiyənin “Cihan” İnformasiya Agentliyinə istinadən verilən xəbərə görə, Özbəkistanda ABŞ-ın “General Motors” şirkəti ilə birgə yaradılmış “Asake” Maşınqayırma Zavodunun yeni model “Chevrolet Cobalt” avtomobili artıq uğurla sınaqdan çıxarılaraq, bazaar təqdim olunub.

Məlumata görə, imkanlarına əsasən, qiyməti 13 – 15 min dollar aralığında olan bu avtomobillər 100 kilometrə cəmi 6,2 litr yanacaq sərf edir.

Bu avtomobillərin Özbəkistandan minik maşınları ixrac edən əsas ölkələrdən biri olan Azərbaycan bazarına daha tez müddətdə çıxarılması gözlənilir.

Gün.Az