Etika Akademiyası yeni məktəbəqədər tədris metodu təqdim edir. Akademiyada 5-7 yaşlı uşaqlar məktəbə, liseylərə hazırlaşmaq üçün tamamilə yeni və 100 faizlik effektiv üsulla tədris prosesi keçəcəklər. Onların bu effektiv üsulla xaricdə təhsil almış peşəkar məşqçilər vasitəsilə ana dili, məntiq, riyaziyyat, təbiət elmlərini əyləncəli, yüksək keyfiyyətli virtual görüntülərlə öyrədilməsi nəzərdə tutulub.
Akademiyadan bildiriblər ki, ənənəvi metodlardan fərqli olaraq, bu metodla aparılan tədris prosesində dərslər daha tez və yaxşı yadda qalır. Etika Akademiyası standart fənlərlə yanaşı, bu proqrama ingilis dili, etiket və aşpazlıq dərslərini də əlavə edib. Yəni, uşaqlar ən çətin öyrənilən mövzuları həftənin dörd günü ərzində xüsusi yüksək effektiv və rəngarəng görüntülərlə Etika Akademiyasında sürətlə öyrənə biləcəklər.
İngiltərədə 50-dən artıq məktəbdə çətin fənlər şagirdlərə artıq bu sistem vasitəsilə daha asan öyrədilir. Eyni zamanda, Etika Akademiyası virtual və nəzəri reallıqları ən yüksək səviyyədə yarada bilən London və Türkiyə şirkəti ilə əməkdaşlıq edərək Təhsil Nazirliyinin təsdiqlədiyi tədris metodu əsasında virtual görüntülər hazırlayıb. Belə ki, əgər dərsin mövzusu heyvanlar aləminə həsr olunubsa, şagirdlər məlumat aldıqdan sonra müvafiq gözlüklərdən istifadə edərək filləri, atları, delfinləri reallığa maksimum yaxın keyfiyyətdə görə biləcəklər. Yüksək keyfiyyətli görüntülər planetlər, Ay və s. mövzularla bağlı dərslərdə də tətbiq olunur. Çünki bu metod vasitəsilə məlumat vizuallaşdırılanda onu yadda saxlamaq daha rahat, unutmaq isə daha çətin olur. Həmçinin vizual görüntülərin yaratdığı hisslər və təsəvvür uşaqların yaddaşına həmişəlik həkk olunur.
Etika Akademiyasında yeni metodla tədris prosesinə fevralın 5-də start veriləcək. Dərslərə qeydiyyat artıq başlayıb. Hər biri 6-10 uşaqdan ibarət siniflərdə yerlər məhduddur. Yeni metodla ümumilikdə dörd növbədə 40 şagirdi əhatə etmək mümkündür. Bu barədə elanlar “Cinema Plus” kinoteatrlarında nümayiş etdirilir. Əlavə məlumatı Etika Akademiyasının sosial şəbəkələrdəki səhifələrindən almaq mümkündür: https://www.youtube.com/watch?v=07X8kI1W3E8&feature=youtu.be.
Qeyd edək ki, Etika Akademiyası Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində fəaliyyət göstərən fərdi inkişaf mərkəzidir.
azertag.az