Hindistanın "Air India" aviaşirkəti qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayıracaq.
Bu addımda məqsəd qadınlara qarşı cinsi hərəkətlərin qarşısını almaqdır.
Aviaşirkətin qərarına əsasən, yanvarın 18-dən etibarən bəzi təyyarələrdə belə oturacaqlar ayrılacaq.
Hindistan mediası "Air India"nın bu qərarını dekabrın 21-də Mumbaydan Nyu Yorka uçan təyyarədə bir qadın sərnişinə qarşı cinsi hərəkətlərlə bağlı qalmaqalla əlaqələndirir.
trend.az