Azərbaycanın qadın taekvandoçulardan ibarət yığma komandasına yeni baş məşqçi təyin olunub.
Bu vəzifə Elnur Amanova tapşırılıb. Qərar Azərbaycan Taekvando Federasiyasının İdarə Heyətinin sonuncu iclasında qəbul olunub.
Qeyd edək ki, Elnur Amanov bu təyinatadək kişilərdən ibarət Azərbaycan yığmasında böyük məşqçi funksiyasını yerinə yetirib. O, yeni vəzifədə koreyalı Park Sun Mini əvəzləyib.
azertag.az