Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilmiş kollegiya iclasında bildirib.
İşlə təmin olunanlardan 20 min 475 nəfəri gənclər olub. S.Müslümovun sözlərinə görə, həmin iş yerlərinə göndərişlərin verilməsi şəffaf şəraitdə həyata keçirilməsi üçün bu prosesə ciddi nəzarət olunub. Təqdim olunmuş vakansiyalar üzrə ilk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğunun təminatına üstünlük verilib.
Nazir dedi: “Prezidentin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması nəzərdə tutulub. Artıq bu prosesə, eləcə də məşğulluq orqanlarına məlumatların təqdim olunmasına başlanılıb”.
azertag.az