Sentyabrın 18-də Heydər Əliyev adına Sarayda sovet estradasının əfsanəsi, SSRİ-nin xalq artisti İosif Kobzonun konserti baş tutacaq.
İosif Kobzon Azərbaycan paytaxtında “Ya lyublyu tebya, jizn!” (“Həyat, mən səni sevirəm!”) adlı solo konsert proqramı ilə çıxış edəcək.
Bu konsert proqramı ifaçının 75 illiyinə həsr olunub. Sovet əfsanəsinin konsertinə giriş yalnız dəvətnamələrlə həyata keçiriləcək.
Gün.Az